"Kayserispor" məğlubiyyətsizlik seriyasını 6 oyuna çatdırıb

Bölmə: İdman › ,
Tarix: 19:46 04.05.2025

 

Liqanın 29-cu həftəsində evdə “Atakaş Hatayspor”u 5:0 hesabı ilə məğlub edən Kayseri komandası 30-cu həftədə səfərdə “Adana Dəmirspor”u 2:0 hesabı ilə məğlub edib. 31-ci həftədə evdə "Kasımpaşa"nı 1:0 hesabı ilə məğlub edən "Kayserispor", 32-ci həftədə səfərdə "Fənərbaxça" ilə 3-3 bərabərə qalıb, 33-cü həftədə isə evdə "Çaykur Rizəspor"u 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

 

Liqada qalmaq yolunda rəqiblərindən “Korendon Alanyaspor”la səfərdə 1:1 bərabərə qalan Kayseri komandası bu nəticə ilə Aralıq dənizi komandası ilə aralarındakı 6 xallıq fərqi qoruyub. Son 6 matçda 4 qələbə, 2 heç-heçə ilə 14 xal toplayan Kayserispor, Jakiroviçin rəhbərliyi altında keçirdiyi 13 matçda 7 qələbə, 4 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb.

 

Kayserililər sözügedən matçlarda 21 dəfə rəqib qapısına yol tapıb və 11 qol buraxıb. Liqada 19 matçda 16 xalla 17-ci pillədə olarkən komandanı qəbul edən Jakiroviç 13 matçda 25 xal toplaya bilib. Liqanın 35-ci həftəsində 41 xalla 13-cü pillədə qərarlaşan "Kayserispor" 12 may bazar ertəsi saat 20:00-da "Onvo Antalyaspor"u qəbul edəcək.

 

TRT SPOR 

Güllər Gülhüseynova