Qan xəstəlikləri və müasir müalicə yanaşmaları

Bölmə: Maraqlı › ,
Tarix: 19:37 04.05.2025

 

Qan xəstəlikləri qan hüceyrələrinin, qanın laxtalanma sisteminin və ya qan istehsal edən orqanların (sümük iliyi, limfa düyünləri, dalaq) funksiyalarında baş verən pozğunluqlardır. Qan insan bədənində oksigen, qida maddələri, hormonlar və tullantıların daşınması kimi həyati vacib funksiyaları yerinə yetirir.

 

Mövzu ilə bağlı doktor Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki,qan xəstəlikləri dedikdə bunları bir neçə qrupa bölmək olar.Birincisi qan yaradıcı sisteminin özünə bağlı olan xəstəliklər,genetik xəstəliklər, qan azalma xəstəlikləri və qan yaratmaq sisteminin ankaloji xəstəliklərini (leukemiyalar,limfomalar,trombositlər)və s. bəd xəstəlikləri misal göstərmək olar:

 

"Ümumiyyətlə,irsi xəstəliklər qrupuna aid olanlardan biri də talassemiyadır. O hemaqlobapatiyadır . Hemaqlobinin tərkibində-gen ailliyalarında olan irsi defektiv alfa/beta-hemaqlobapatiyada, alfa/beta-talassemiyasında özünü göstərir. Talassemiyanın daşıyıcılığı və bir də xəstəliyi var. Yəni, daşıyıcılar, adətən,xəstə deyil, amma onlar ailə qurduqda,eyni xəstəliklər birləşdikdə uşağın 25% xəstə doğulmaq ehtimalı vardır. Bu baxımdan da Azərbaycanda Talassemiya xəstələri,yəni bu genin daşıyıcıları var,lakin bununla bağlı artıq proqram mövcuddur.Və bu xəstəliyinin mümkün qədər qarşısını almaq üçün müxtəlif yollar vardır.İnsanlar da bundan faydalanırlar. Beləliklə, talassemiya doğulan uşaqların qarşısı alınır.

 

Anemiya termini qanın olmaması deməkdir. Amma bu elmdə "qan azlığı" kimi qəbul olunur.Qan azlığı talassemiyaya,dəmir azlığına və yaxud da müxtəlif hemolitif xəstəliklərə bağlı ola bilər. Orada hemaglabinin yaranması funksiyası pozulur. Məsələn , hemaglabində globin zülalı orta mürəkkəblikdə olan zülaldır və onun yaranmasında bir çox zəifliklər olur, əksinə, onun parçalanması prosesi güclənir nəticədə qan azalmağa başlayır".

 

Ekspert qanın tərkibindəki elementlərdən də söz açıb:

 

"Ümumiyyətlə,qanın tərkibində plazma və əsas formalı elementlər var. Bunlar eritrositlər, leykositlər və trombositlərdir. Eritrositlər qırmızı qan hüceyrələridir.Bunlar hemaglobin daşıyırlar.Qana ,əsasən, oksigen ötürməklə məşğuldurlar.Leykositlər qanın immun sisteminə aid olan elementlərdən biridir.Qanı infeksiyadan,müxtəlif viruslardan,yad elementlərdən qoruyur.Trombositlər isə qanın laxtalanma sisteminə cavabdehdirlər.Onlarında artıb-azalmasına görə müxtəlif xəstəliklər yarana bilər.

 

Əsas məsələlərdən biri hemoblastozlardır. Yəni,qanın ankaloji xəstəliklərinin vaxtında aşkar edilməsi və onların qarşısının alınmasıdır.Bəzi xəstəliklərin qarşısının alınması üçün bu gün xeyli imkanlar mövcuddur.Həm target müalicəsi,həm immunoterapiya ,həm də adoptiv immunoterapiya kimi müasir müalicə üsulları vardır.Amma bununla yanaşı bir çox sahələrin müalicəsi ciddi problem olaraq qalır.Lakin müasir təbabətdə bir çox xəstəliklərin qarşısını almaq üçün üsullar axtarılır.Mən düşünürəm ki,gələcəkdə bir çox xəstəlikləri müalicə etmək üçün effektiv yollar tapılacaq".

 

Nəzrin Məmmədova