Bu ərazilərdə elektrik enerjisində fasilə yaranacaq

Bölmə: Sosial › ,
Tarix: 11:29 05.05.2025

Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

"İnformator.az" xəbər verir ki, təmir-bərpa işləri ilə əlaqədar saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.