İlham Əliyevlə Nikol Paşinyan razılaşıb:-Bakı və İrəvan arasında daha vasitəçi olmayacaq

Bölmə: Siyasət › ,
Tarix: 15:38 10.07.2025

Azərbaycan və Ermənistan danışıqları vasitəçi olmadan davam etdirəcəklər. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

 

"İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb", - nazirlikdən qeyd olunub.