Diplomatik arenadan auditoriyaya- Ayxan Hacızadə BDU-da

Tarix: 11:04 24.04.2025
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə ilə tələbələrin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu qonağı və iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən bəhs edib. O, tələbələrin peşəkar sahədə təcrübəli mütəxəssislərlə birbaşa təmas qurmasının vacibliyini vurğulayıb.
Daha sonra Ayxan Hacızadə çıxış edərək tələbələrlə təcrübələrini bölüşüb. O, çıxışında xarici siyasətin kommunikasiya aspektləri, jurnalistlərlə effektiv əməkdaşlıq, rəqəmsal və ictimai diplomatiya, eləcə də böhran vəziyyətlərində kommunikasiya strategiyaları kimi mövzulardan bəhs edib.
Çıxışdan sonra Ayxan Hacızadə tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı dialoq şəraitində keçib və tələbələr üçün faydalı müzakirələrlə yadda qalıb.