Asiyanı qarışdıran müharibə

Tarix: 17:38 07.05.2025
Hindistanın Pakistana qarşı hava hücumları ilə bağlı açıqlama verən ABŞ Dövlət katibi Marko Rubio, hər iki ölkənin hökumətlərini sülh yolu ilə həllə çağıraraq, qarşıdurmanın tezliklə başa çatacağına ümid etdiyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə verdiyi açıqlamada qarşıdurmanı “utancverici” olaraq dəyərləndirərək, onun tez bir zamanda sona çatmasını istədiyini söyləyib.
Hindistan və Pakistan arasındakı vəziyyəti yaxından izlədiyini bildirən Rubio, ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı fikirləri ilə razı olduğunu qeyd edib. Rubio, vəziyyətin tezliklə sona çatacağına ümid etdiyini ifadə edərək, Hindistan və Pakistan hökumətlərini sülhə çağırıb.
Hindistan, 22 aprel tarixində Pahalgam bölgəsində 26 nəfərin həyatını itirdiyi terror hücumuna cavab olaraq, 6 mayda Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirib.
Hind ordusu “terror təşkilatı” olaraq qiymətləndirdiyi 9 hədəfi uğurla vurduğunu bildirərkən, İslamabad rəhbərliyi isə zərbələrin mülki şəxslərə məxsus 6 nöqtəni hədəfə aldığını, biri uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini, 35 nəfərin yaralandığını və 2 nəfərin itkin düşdüyünü açıqlayıb. Pakistan ordusu Hindistan tərəfinin hücumu zamanı 5 hərbi təyyarəni vurduğunu bildirərkən, Yeni Dehli rəhbərliyi isə bunun həqiqətə uyğun olmadığını qeyd edib.
Haberler.com
Aygün Babayeva