Cənubi Asiyada qarşudurmalar yenidən alovlandı-ŞƏRH

Tarix: 22:37 07.05.2025
Hindistan Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Pakistanda mülki infrastruktura, o cümlədən dörd məscidə hücum edib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, görünən odur ki, Hindistan-Pakistan münaqişəsi tezliklə sakitləşməyəcək:
"Ən azından uzunmüddətli bir fasilədən sonra yenidən bu hücumların baş verməsi onu göstərir ki, tərəflər hələki atəşkəs üçün maraqlı deyil. Dünən Hindistan Pakistanın fərqli obyektlərinə zərbələr endirib. Pakistan eskalasiyaya getməkdən çəkinən tərəfdir, çünki bu ölkə dəfələrlə xəbərdarlıq edib ki, Hindistanın hücumu olarsa, Pakistanda qarşılıqlı hücum edəcək. Ancaq bu dəfə Pakistan sadəcə hərbi obyektlərə zərbə endirməklə və yaxud da havadan hücumla kifayətləndi. Faktiki olaraq, münaqişənin dərinləşməsinim qarşısını almağa çalışdı. Pakistan rəhbərliyi bildirib ki, onlar bir daha Hindistanın hücumuna dözməyəcəklər, daha sərt cavab verəcəklər. İndiki addımlar onu göstərir ki, bu istiqamətdə belə bir fikirləri yoxdur. Bundan sonra hər şey Hindistanın davranışından asılıdır. Hindistan münasibətlərin normallaşmağına razılaşacağı mümkün hal kimi görünmür. Hindistan Pakistanın kanallarına, seriallarına, məşhur şəxslərinə qadağalar qoyduqdan sonra münasibətlər daha da gərginləşdi. Hindistan eskalasiyada daha çox maraqlıdır. Amma biz Pakistan tərəfində tam olaraq, bunu görümürük. Bu da silah yarışında Hindistanın Pakistandan daha üstün olması ilə əlaqədar ola bilər".
Billurə Quliyeva