Trampın Hindistan-Pakistan müharibəsinə qarşı addımı

Tarix: 20:31 12.05.2025
Tramp Hindistan və Pakistana ərazi mübahisəsinin həllinə kömək təklif edib. ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında Kəşmir bölgəsinə dair mübahisənin həllinə dəstək verməyə hazır olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, ABŞ prezidenti Trampın Hindistan və Pakistanı barışdırmaq təklifində çıxış etməsi ümumilikdə Trampın son zamanlarda ABŞ mövqeyinə beynəlxalq siyasətədə gücləndirmək istəyindən qaynaqlanır:
"Məlumdur ki, Tramp müxtəlif münaqişələrin həllində o cümlədən Rusiya-Ukrayna və Yaxın Şərq münaqişəsində vasitəçilik təklif edib və bir müddət Rusiya və Ukrayna arasında vasitəçilik misiyasında yerinə yetirib. Yalnız onun Yaxın Şərqdə vasitəçilik çoxda alınmır. Çünki Amerika bir tərəfli şəkildə Yaxın Şərq münaqişəsində İsraili dəstəkləyir ki, bu da Ərəb dünyasında çoxda qəbul olunmur. Ancaq Hindistan-Pakistan müharibəsində tərəflər arasındakı vasitəçilik müəyyən qədər baş tuta bilər. Amerika hələ 1947-ci ildə Pakistan yaradıldıqdan sonra məhz bu dövləti dəstəkləyirlər bir-biri ilə ideoloji mübarizədə zidd olan SSRİ və ABŞ həmin dövürdən Hindistan-Pakistan müharibəsində tərəf tutdular. ABŞ Pakistanın SSRİ isə Hindistanın məhz bu dövlətlər nüvə silahına SSRİ və ABŞ-nin dəstəyi ilə əldə ediblər".
O həmçinin açıqlamasında bildirib ki, ABŞ son zamanlar Hindistana qarşı münasibəti dəyişib:
"Hindistan regionda ABŞ-nin əsas rəqibi olan, Çinlə regional mübarizədədir. Məhz Şərq regionunda Çinin əsas rəqibi Hindistandır. Bunun üçün də ABŞ-nin Hindistana qarşı münasibəti dəyişib. Buna görə də Hindistanda ABŞ-nin münasibətinə müsbət baxa bilər. Eyni zamanda Pakistanda olan Müsəlman və Şərif qardaşlarının Amerika ilə münasibətləri yaxşıdır. Bu mənada da Pakistanda bu məsələdə razılıq verə bilər. Ancaq Vaşiqtonun vasitəçiliyi ilə regionda qalıcı sülhün əldə olunması, kəşkül probleminin tamamilə həll olunması bir qədər inandırıcı deyil. Çünki bu problemin çox dərin kökləri var və bu problemdə kifayət qədər ziddiyətli məqamları var".
Ayşən Səlimova