Zelenski Putini onunla görüşməyə çağırıb

Tarix: 20:49 12.05.2025
Ukrayna prezidenti Volodimir Zelenski müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaq üçün cümə axşamı İstanbulda Rusiya prezidenti Vladimir Putinlə “şəxsən” görüşməyə hazır olduğunu bildirib. Onun X-dakı paylaşımı Donald Trampın Ukraynadan Putinin Türkiyədə iki ölkə arasında birbaşa danışıqlar aparmaq təklifini qəbul etməsini tələb etməsindən dərhal sonra olub.
"Uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən özüm", - Zelenski yazıb. O, bundan əvvəl ölkəsinin Rusiya ilə danışıqlara açıq olduğunu, ancaq atəşkəs əldə edildikdən sonra bildirib. Şənbə günü Kiyevdə qondarma “istəklilər koalisiyası”na rəhbərlik edən Avropa liderlərinin görüşündən sonra Qərb dövlətləri bazar ertəsi başlayaraq hərbi əməliyyatlara 30 günlük fasilə verməyə çağırıb. Bu müdaxilədən sonra Putin birbaşa görüş təklif edib. Tramp daha sonra bazar günü sosial mediada bildirib ki, Ukrayna bunu “dərhal” qəbul etməli və bunun müharibəni bitirmək üçün bir yol olub olmadığına aydınlıq gətirməlidir.
BBC News
Asiman Vəliyeva