Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub

Tarix: 20:56 12.05.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı həyata keçirilib. Danışıq zamanı tərəflər aktual regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Məsələ ilə bağlı politoloq Vaqif Hüseyn "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə ilə Rusiya arasında Türkiyə ənənəvi diplomatik siyasətini hər zamanki kimi yürüdür:
"İlk olaraq Türkiyə hər bir tərəf üçün danışıqlar üçün platforma rolunu oynayır. İkinci olaraq onunla konkret açıq düşmən olmayan, düşmənçiliyini bəyan etməyən heç bir tərəflə əlaqələri tam olaraq kəsmir.Türkiyənin prinsipləri var və bu prinsiplərini açıq şəkildə də bəyan edib. Türkiyə açıq şəkildə deyib ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır və bundan vazgeçmir.O cümlədən də bəyan edir ki, o, Rusiya yönəlik öz iqtisadi maraqlarının ziddinə heç bir adım atmayacaq, Rusiya ilə də münasibətləri yüksək tutur".
Güllər Gülhüseynova