Azərbaycan və BƏƏ ikitərəfli əlaqələri gücləndirir

Bölmə: Siyasət › ,
Tarix: 20:59 12.05.2025

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan arasında telefon danışığı olub.

 

Nazirlər strateji tərəfdaşlıq çərçivəsində davam edən təşəbbüsləri nəzərdən keçirib və çoxtərəfli formatlarda əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Eyni zamanda regional və beynəlxalq təhlükəsizlik məsələləri də danışıqların gündəmində yer alıb.

 

Tərəflər siyasət, ticarət, enerji, turizm və digər əsas sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını araşdırıblar. Hər iki tərəf müxtəlif beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı dəstəyi yüksək qiymətləndirərək, tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.

 

Söhbətin sonunda qarşılıqlı maraq doğuran əlavə məsələlər ətrafında da fikir mübadiləsi aparılıb və bu, iki ölkə arasında inkişaf edən münasibətlərin göstəricisi kimi dəyərləndirilib.

 

ANEWZ

Güllər Gülhüseynova