ABŞ və Çindən birgə bəyanat

Bölmə: Dünya › ,
Tarix: 21:12 12.05.2025

ABŞ və Çin ticarət müharibəsinə son qoymaq üçün həftə sonu İsveçrənin Cenevrə şəhərində görüşüb. ABŞ-nin maliyyə naziri Skott Bessent onların danışıqlarının çox müsbət keçdiyini bildirib.

 

ABŞ və Çin bu səhər birgə bəyanat yayaraq, razılığa gəldiklərini və bəzi tariflərin 90 gün müddətinə azaldılacağını açıqlayıblar.

 

"Biz tariflərin 90 günlük dayandırılmasına razılaşdıq. Tarif səviyyələrini əhəmiyyətli dərəcədə aşağı saldıq", - Scott Bessent bildirib.

 

Çin ABŞ mallarına rüsumları 90 gün ərzində 125%-dən 10%-ə endirib. 

 

ABŞ Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarını 90 gün ərzində 145%-dən 30%-ə endirib.

 

Sövdələşmələr elan edilən zaman bazarlar həvəsli idi. Dollar qlobal valyutalar qarşısında sürətlə bahalaşıb. Dollar/Yapon yeni 1,11 faiz bahalaşarkən, avro/dollar 0,87 faiz ucuzlaşaraq 1,11-ə düşüb. 

 

Dolların digər valyutalar qarşısında gücünü ölçən DXY İndeksi 0,85 faiz artaraq 101-ə çatıb.

 

Mənbə: Haber Global

Səyyarə Mirzəyeva