Almaniyadan Fələstinə humanitar yardım

Tarix: 21:16 12.05.2025
Almaniya Fələstin əhalisinə 30 milyon avro həcmində humanitar yardım ayıracaq.
Məsələ ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə “İnformator.az”a açıqlamasında bildirib ki, bəzi Avropa dövlətləri ilə İsrail arasındakı münasibətlər ürəkaçan deyil:
“Qəzzada İsrail hərbi əməliyyatlar keçirməmişdən əvvəl Həmas təşkilatına çoxlu sayda silah yardımı edilib. İsrail Qəzzada hərbi əməliyyatlar keçirdikdən sonra bu silahlandırmanın qarşısı xeyli alındı. Hazırda bəzi dövlətlər humanitar yardım göstərirlər. Bu, müsbət prosesdir. Lakin humanitar yardım adı altında silahların verilməsi bölgədəki siyasi gərginliyi daha da artırır.
Həmasla Fələstin arasında muxtariyyətin bölünməsi isə hələ dəqiq deyil. İsrail tərəfi Qəzza zolağına tam nəzarət etmək istəyir. Çünki gələcəkdə burada baş verə biləcək terror aktlarının qarşısını almağa çalışır. Yəni məsələyə bu prizmadan baxa bilərik. İsrail tərəfi Qəzzada hərbi əməliyyatlara başladıqdan sonra Həmasın rəhbərliyində olan bir çox şəxslər aradan götürülüb".
Çimnaz Telmanqızı