PKK-nın dağılma qərarına reaksiyalar:-''Bu gün qazanan sülh və qardaşlıqdır''

Bölmə: Siyasət › ,
Tarix: 21:40 12.05.2025

Abdullah Öcalanın çağırışı ilə ötən günlərdə qurultayını toplayan PKK-nın təşkilatın ləğv olunduğunu elan etməsindən sonra siyasətçilərdən bir-birinin ardınca dəstək mesajları gəlib.

 

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Bu gün qazanan sülh və qardaşlıqdır. Bu gün qazanan siyasət və demokratiyadır",- deyib.


Baxçalı verdiyi yazılı açıqlamada prezident Rəcəb Tayyib Ərdoğan və "PKK-nın qurucu lideri" adlandırdığı Abdullah Öcalana, həmçinin təmas və görüş trafikini həyata keçirən DEM Partiyasına və heyətlərə təşəkkür edib. Baxçalı mesajında ​​bildirib ki, Suriyada silahların yerə qoyulması, yaraqlıların gələcəyi, PKK-YPG münasibətləri kimi məsələlərin hüquqi və strateji çərçivəsinin necə müəyyən ediləcəyi ayrı-ayrılıqda müzakirə edilməlidir.Xarici işlər naziri Hakan Fidan da "Bu tarixi və əhəmiyyətli bir qərardır. Bu qərarı xüsusilə qalıcı sülh və sabitlik baxımından çox əhəmiyyətli görürəm. Bu qərardan sonra alınması lazım olan praktik sahələr var, bunları yaxından təqib edəcəyik",- deyib.

 

Mənbə:BBC NEWS
Səmayə Səftərova