Pakistan və Hindistan tam atəşkəs barədə razılığa gəlib

Bölmə: Dünya › ,
Tarix: 22:04 12.05.2025

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında etdiyi paylaşımda bildirib ki, Hindistan və Pakistan ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra tam və dərhal atəşkəs barədə razılığa gəliblər.

 

 

Tramp paylaşımında “Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunluq duyuram”, - deyib. Hər iki ölkəni nümayiş etdirdikləri sağlam düşüncəyə görə təbrik edib.


Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar da sosial media platforması “X” üzərindən verdiyi açıqlamada, Pakistan və Hindistanın dərhal qüvvəyə minəcək bir atəşkəs barədə razılığa gəldiklərini bildirib.

 

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar isə “X” platformasında paylaşdığı bəyanatda, Hindistan və Pakistanın toqquşmaların və hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiklərini açıqlayıb.

 

 


Mənbə: TRT HABER
Nuray Əliyeva