Tramp Harvardın 450 milyonluq qrantını dayandırdı

Tarix: 21:46 13.05.2025
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə təxminən 450 milyon dollar dəyərində nəzərdə tutulmuş qrantın verilməsini dayandırmaq qərarına gəlib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Bildirilir ki, səkkiz federal hökumət qurumu keçən həftə ayrılmış 2,2 milyard dollarlıq maliyyəyə əlavə olaraq, Harvarda ayrılması planlaşdırılan 450 milyon dollar qrantın dayandırılacağını elan edib.
Qərarı antisemitizmlə mübarizə üzrə hökumətin birgə işçi qrupu verib. Bəyanatda vurğulanır ki, bu addım Harvard Universitetində qeydə alınan irqi ayrı-seçkilik və antisemitizm hallarına cavab olaraq atılıb.
Mənbə: Caliber
Aytən Ağazadə