Şotlandiyada təlim zamanı üç belçikalı əsgər yaralanıb

Bölmə: Dünya › ,
Tarix: 22:19 13.05.2025

Belçika Müdafiə Nazirliyinin bildirdiyinə görə, bazar ertəsi günü Şotlandiyada keçirilən canlı atəş təlimi zamanı üç belçikalı əsgər yaralanıb.

 

Hadisə, Şotlandiyanın şimal-şərqində yerləşən Tain bölgəsində baş verib. Hazırda bu bölgədə "Qırmızı Kondor" adlı genişmiqyaslı hərbi təlimdə 600 belçikalı əsgər iştirak edir. Təlimlər 21 mayadək davam edəcək. Yaralı əsgərlərə hadisə yerində ilkin tibbi yardım göstərilib və sonra onlar iki yerli xəstəxanaya aparılıblar. Belçika ordusunun məlumatına görə, onların ikisi ciddi xəsarət alıb və hava yolu ilə xəstəxanaya çatdırılıb. Bazar ertəsi axşamına olan məlumata əsasən, onların vəziyyəti stabildir. "Onlardan biri Şotlandiyada əməliyyat olunacaq və sonra Belçikaya qaytarılacaq", — deyə nazirlik bildirib. Digər əsgər isə yüngül xəsarət alıb və həmin gün axşam hərbi kampa geri qayıdıb. Təlim zamanı təxminən on digər belçikalı əsgər də eşitmə zədəsi alıb. Şotlandiya Təcili Yardım Xidməti Euronews-a bildirib ki, hadisə yerinə bazar ertəsi günorta çatıb və iki əsgəri hava ilə xəstəxanaya aparıb, üçüncü əsgər isə maşınla başqa bir xəstəxanaya çatdırılıb.


Evronews

Billurə Quliyeva