Azərbaycan I Liqasının qalibi mükafatlandırılıb

Bölmə: İdman › ,
Tarix: 18:23 15.05.2025

Futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Qəbələ" klubu mükafatlandırılıb.

 

"İnformator.az"ın məlumatına görə, tədbir XXVI turda "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.

 

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.

 

Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib. Qeyd edək ki, "Qəbələ" cari mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.