“Fenerbahçe”nin prezidentliyə namizədi olacaqmı?

Tarix: 20:49 15.05.2025
Dünya Etnoidman Birliyinin sədri və Oxatanlar Vəqfi Mütəxəssislər Şurasının üzvü Bilal Erdoğan “Fenerbahçe” klubunun prezidentliyinə namizəd olmaq fikrində olmadığını bildirib.
13-cü Beynəlxalq Fəth Kubokunun təqdimat yığıncağında mətbuat mənsublarına açıqlama verən Bilal Erdoğan, sarı-lacivert klubunun başqanı olması ilə bağlı sualı belə cavablandırıb:
"Söhbət ola bilməz, bununla heç bir işim yoxdur. "Fenerbahçe" azarkeşiyəm, bu ayrı bir məsələdir. İllərdir çempion ola bilmədiyimiz üçün pis olduq, amma yenə də əlimizdən gələni əsirgəmədik. Ənənəvi idmanımız olan 22 Mayda keçiriləcək Etnospor Mədəniyyət Festivalına hər kəsi dəvət edirik. Bizim bir mədəniyyətimiz, nəsillərə ötürüləcək bir mirasımız var”.
Mənbə: CNN Türk
Əminə Əliyeva