3. Liqada play-off-un ilk oyunları keçirilib

Tarix: 21:44 15.05.2025
3. Liqa play-off üçüncü mərhələsində ilk oyunlar başa çatıb.
İki oyundan ibarət təsnifat sistemi ilə keçirilən üçüncü mərhələdə rəqiblərinə üstünlük qazanacaq komandalar finala yüksələcək. Cavab oyunları 19 may bazar ertəsi günü keçiriləcək.
3. Liqa pley-off üçüncü mərhələ ilk qarşılaşmalarında əldə olunan nəticələr belədir:
"Muşspor" - "Karşıyaka": 0-0
"Eti Gübre Mazıdağı Fosfatspor" - "Balıkesirspor" : 0-1
"Küçükçekmece Sinopspor" - "Ayvalıkgücü Belediyespor" : 1-0
"AKEDAŞ EPSAŞ Kahramanmaraş İstiklalspor" - "Sebat Gençlikspor": 2-0
Mənbə: TRT Haber
Nigar Həsənzadə