"Göztepe" Türkiyə Basketbol Liqasına yüksəldi

Tarix: 21:48 15.05.2025
Türkiyə Basketbol İkinci Liqası Final Qrupunda mübarizə aparan "Göztepe" kişi basketbol komandası, "Ada Yem Uşak Basketbol" üzərində 70-59 hesablı qələbə qazanaraq bir üst liqaya yüksəlməni təmin edib.
Bornova Bələdiyyəsi Atatürk Spor Komleksində keçirilən qarşılaşmanın ilk hissəsini 20-13 öndə tamamlayan "Göztepe", fasiləyə 35-24 üstünlüklə gedib.
Üçüncü hissədə də rəqibinə qarşı 52-42 üstünlük quran sarı-qırmızılılar, oyunu 70-59 hesabı ilə qalib başa vuraraq Türkiyə Basketbol Liqasına yüksəlməni təmin ediblər.
"Göztepe", final qrupundakı 10-cu və son oyununu şənbə günü Ege Üniversitesi Daçka ilə keçirəcək.
Sarı-qırmızılılar son oyunu da qazanarsa, final qrupunu birinci sırada tamamlayacaqlar.
Mənbə:TRT Haber
Nigar Həsənzadə