Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

Bölmə: İdman › ,
Tarix: 18:45 16.05.2025

"Kişi basketbolçulardan ibarət seçmə komandada yeni adlar var, amma dəqiq heyət hələ müəyyənləşməyib. Orxan Aydın, Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Şirzad Şirzadov, Nəzər Quliyev, Kamran Məmmədov ciddi məşq edir. Onlardan 4-ü əsas heyətdə yer alacaq".

 

Bu sözləri futbol şərhçisi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, bu komandanın Dünya Kubokundakı şansları yüksək olacağı yönündədir:

 

"İlkin vəzifə seçmə qrup mərhələsini keçməkdir. Komanda bu işin öhdəsindən gəlmək gücündədir və yarımfinala vəsiqə əldə edəcək. Hazırlıq prosesi və rəqiblərlə müqayisədə üstünlüklərimizə gəldikdə isə qrupda ən çətin oyunumuz, yəqin ki, Kanada millisi ilə olacaq. Digər rəqib isə Böyük Britaniya yığmasıdır, onlarla qarşılaşmada qalib gələcəyimizə inanıram".



Zəhra Möhübbətova