Qarşıdakı illər ərzaq qiymətlərinin rekord həddə çatdığı dövr olacaqmı?

Tarix: 22:37 16.05.2025
Zeytun yağından kök yumrularına, portağal suyundan kakaoya kimi bəzi qidaların qiymətləri son bir neçə ildə dünyada artıb.
Braziliyada qəhvə içənlər toz halında “qəhvə ətirli içkilər”ə üz tuturlar, ABŞ-dakı restoranlar isə yumurta yeməkləri üçün əlavə ödəniş etməyə başlayıblar.
Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra ərzaq qiymətləri qlobal miqyasda rekord səviyyəyə qalxıb. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət bir tendensiyanın bir hissəsidir və bunun altında yatan amillər müvəqqəti görünmür.
Beynəlxalq Qida Siyasəti Tədqiqat İnstitutunun (IFPRI) baş elmi işçisi Rob Vos deyir: "Ucuz ərzaq erası bitib".
“Dünya bu yeni reallığa uyğunlaşmalıdır”.
Bu indeks qida məhsullarının qiymətlərini beş müxtəlif kateqoriyada - bitki yağları, taxıl, ət, şəkər və süd məhsulları üzrə izləyir və sonra beşi birləşdirərək ümumi rəqəm yaradır.
Mənbə:BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova