Ukrayna ilə Rusiya arasında ən böyük əsir mübadiləsi ola bilər

Tarix: 16:34 17.05.2025
Gələn həftə Ukrayna ilə Rusiya arasında hərbi əsir mübadiləsi baş tuta bilər.
“İnformator.az” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov TSN-ə açıqlama verib.
Onun sözlərinə görə, mübadilənin mindən minə başlanması gözlənilir.
Qeyd edək ki, bu, müharibə başlayandan iki ölkə arasındakı ən böyük əsir mübadiləsi olacaq.