Suriya dünya bankına olan borcunu ödəyib

Tarix: 19:04 17.05.2025
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın dünya bankına olan 15,5 milyon dollar borcunu ödəyib. Bu inkişaf ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının açıqlandığı Ər-Riyadda liderlərin sammitindən bir gün əvvəl baş verib.
Dünya bankı borcun ödənilməsi ilə Suriyanın yeni layihələrdə iştirak etmək hüququnu bərpa etdiyini açıqlayıb.
Suriya Prezidenti Əhməd əl-Şara və ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. ABŞ-nin Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi qərarının açıqlandığı bu görüşdən bir gün əvvəl diqqətəlayiq bir inkişaf baş verdi.
Mənbə: CNN Türk
Əminə Əliyeva