"Araz-Naxçıvan" Konfrans Liqasına vəsiqə qazanıb, şəhərdə yürüş keçirilib

Bölmə: Maraqlı › ,
Tarix: 22:44 17.05.2025

Naxçıvanda "Araz-Naxçıvan" futbol komandasının Premyer Liqada bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazanması şərəfinə yürüş təşkil edilib.

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, yürüş şəhərin Babək məhəlləsindən başlayıb və Heydər Əliyev prospektinə qədər davam edib.

Xatırladaq ki, Misli Premyer Liqasının XXXV turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" bürünc medalı qazanıb və UEFA Konfrans Liqasına vəsiqə əldə edib.