İtaliyada poul mövqeyi Oscar Piastrinin olub

Tarix: 23:01 17.05.2025
Oscar Piastri qazandığı poul mövqeyi ilə İtaliyada ilk sıradan start alacaq.
Formula 1 Dünya Çempionatının 7-ci mərhələsi olan Emilia-Romagna Qran-Prisinin poul mövqeyi McLaren pilotu Oscar Piastriyə qismət olub.
Yarış İtaliyanın İmola şəhəri yaxınlığındakı 4,9 kilometrlik Enzo və Dino Ferrari Beynəlxalq Avtodromunda 63 dövrə üzərində keçiriləcək. Sıralama turunda avstraliyalı pilot 1 dəqiqə 14.670 saniyəlik nəticə ilə ilk sırada qərarlaşıb.
Red Bull pilotu Maks Ferstappen 0.034 saniyə geridə qalaraq ikinci, Mercedes sürücüsü Corc Rassell isə 0.137 saniyəlik fərqlə üçüncü yeri tutub.
Red Bull komandasının digər pilotu Yuki Tsunoda sıralama turlarında qəza keçirib. Avtomobili aşıb baryerlərə çırpılan pilot hadisədən xəsarət almadan çıxıb.
Mövsümün ilk altı yarışında McLaren pilotu Piastri 4 dəfə qalib gəlib. Komanda yoldaşı Lando Norris və Red Bull-un dünya çempionu Maks Ferstappenin isə hərəsinin bir qələbəsi var.
Emilia-Romagna Qran-Prisi bazar günü, saat 16:00-da (Bakı vaxtı ilə) start götürəcək.
TRT SPOR
Gülhüseynova Güllər