Meksika xəstəliklə əlaqədar Braziliyadan quş əti idxalını dayandırıb

Bölmə: Maraqlı › ,
Tarix: 23:13 17.05.2025

Meksika Braziliyada yüksək patogenli quş qripinin (H5N1 ştammı) təsdiqlənmiş epidemiyası səbəbindən bu ölkədən quş əti məhsullarının idxalını müvəqqəti dayandırır.

 

"İnformator.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

 

"Meksika Braziliyadan gələn toyuq əti, inkubasiya yumurtaları və diri quşların, eləcə də digər quşçuluq məhsullarının idxalını müvəqqəti olaraq dayandırır", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

İdxalın məhdudlaşdırılması qərarı quşçuluq sənayesini qorumaq və virusun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Bundan əvvəl Çin Braziliyadan toyuq idxalına 60 günlük qadağa qoyub.

Xəstəlik mayın 15-də Rio-Qrande-du-Sul əyalətindəki quşçuluq fermasında aşkar edilib və bu, Braziliyanın ticarət sektorunda ilk yoluxma hadisəsi olub.