Bu ölkədə 5,2 bal gücündə zəlzələ olub

Tarix: 22:13 17.05.2025
Myanmada 5,2 bal gücündə zəlzələ baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Mandalay şəhərindən 85 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.