Trampın mesajını Lavrova çatdırdım -Rubio

Tarix: 22:33 17.05.2025
"Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı apardım. Mən prezident Trampın mesajını təkrarladım".
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, ölüm və dağıntı dayandırılmalıdır:
“ABŞ güclü sülh planı təqdim edib və İstanbulda əldə edilən məhbus mübadiləsi razılaşmasını alqışlayır. Biz bu böyük fürsəti əldən verməməliyik".