Çexiyada yeni sistem tətbiq olunacaq

Bölmə: Dünya › ,
Tarix: 09:40 20.05.2025

 

Çexiyada əhalinin fövqəladə hallarda xəbərdar edilməsi üçünyeni sistem tətbiq olunacaq.

 

“İnformator.az” "AZƏRTAC"a istinadən xəbər verir ki, hökumətin tətbiq etməyi nəzərdən keçirdiyi müasir “Cell Broadcast” sisteminin yaradılması dövləti təxminən 4 milyon avroya başa gələcək.

 

Mobil rabitə operatorları isə əlavə dəyər vergisi daxil olmaqla, sistemə 5,4 milyon avro investisiya yatırmalı olacaqlar. İllik istismar xərcləri isə təxminən 2 milyon avro təşkil edəcək. Bu məlumatları Çexiyanın milli informasiya agentliyi ČTK yayıb.