Dünya Robot Olimpiadası haqqında-infosessiya

Tarix: 11:10 20.05.2025
Bu gün Bakı Dövlət Universitetində Dünya Robot Olimpiadası haqqında Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə infosessiya keçirildi.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əhmədov Fərid öz çıxışı ilə başladı. Fərid bəy Azərbaycanda 2017-ci ildən Dünya Robot Olimpiadası keçirildiyini və bu ilin sentyabrında 8-ci mərhələsinin keçiriləcəyini qeyd etdi.
Fərid Əhmədova sözü Fədayə xanıma ötürdü. Fədayə xanım öz çıxışında Dünya Robot Olimpiadası haqqında ətraflı məlumat verərək bu il baş tutacaq Olimpiadanın Sinqapurda şəhərində keçiriləcəyini, hər il Dünya Robot Olimpiadasının mövzularının dəyişildiyini bildirdi. Bu ilki mövzunun adının "The Future Robots" olacağını diqqətə çatdırdı. Fədayə xanım infosessiyanın gedişatında auditoriyaya müraciət edərək iştirakçıların suallarını cavabladı.
Gedişatda söz yenidən Fərid Əhmədova verildi. O, çıxışında bu Olimpiadada iştirak etməyin gənclərin inkişafına təsirindən danışdı. Öz təcrübələrini, fikirlərini
Sonda Fərid Əhmədov iştirakçılara tədbirdə iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi və gənclərə gələcək həyatlarında uğurlar arzu etdi.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatdı.
Nərmin Həşimova
Kəmalə Vəliyeva