Ankaradan İran və İsrailə xəbərdarlıq-Müharibə...

Tarix: 10:28 20.05.2025
PKK-nın özünüləğv qərarından sonra bütün gözlər terror təşkilatının tərksilah prosesinə çevrilib. Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prosesi hər an izləyəcək. Ankaranın planı da hazırdır. Dörd ay ərzində nəticənin əldə edilə biləcəyi də bildirilir.
"İnformator.az" xəbər verir ki, bu barədə NTV mənbələrə istinadən məlumat yayıb.
Mənbələr eyni zamanda, “Terrorsuz Türkiyə” hədəfinə zərər verəcək addımların atılmaması ilə bağlı İsrail və İrana xəbərdarlıq edildiyini də vurğulayıb:
“Bölgədə kürdləri proksi qüvvə halına gətirməyə çalışırlar. Ankaranın da bu məsələdə mövqeyi bəllidir. Qarşı tərəflərə (İsrail və İran – red) çatdırılıb ki, kürdlər proksi qüvvə kimi sərhədimizə gətirilərsə, bu, müharibə aktı kimi qiymətləndiriləcək”.