“Çin–Avropa Dəmiryol Ekspresi” konsolidasiya mərkəzi tikiləcək

Bölmə: Siyasət › ,
Tarix: 17:45 21.05.2025

“Çin–Avropa Dəmiryol Ekspresi” konsolidasiya mərkəzinin tikintisi üzrə əməkdaşlıq təşəbbüsü” sənədi imzalanıb.


"İnformator.az"  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

 

Məlumata görə, sənədə ADY-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda imza atılıb.


Sənəd infrastruktur üzrə əməkdaşlığın gücləndirilməsi, nəqliyyatın təşkilinin optimallaşdırılması və xidmətin təkmilləşdirilməsi, ağıllı logistika mərkəzinin yaradılması, dəmiryol marşrutları üzrə nəqliyyat xərclərinin səmərələşdirilməsi məsələlərini əhatə edir.