Türk ordusu Avropanın yeni qalxanı kimi qiymətləndirilir

Bölmə: Siyasət › ,
Tarix: 22:11 21.05.2025

Ukrayna müharibəsi fonunda, Rusiyanın potensial təhlükəsi Avropa ölkələrini yeni hərbi tərəfdaşlar axtarmağa vadar edir. Qərb mediası Türkiyə Silahlı Qüvvələrinin NATO çərçivəsindəki gücünü və müasir hərbi texnologiyalarını vurğulayaraq, Türkiyəni Avropanın təhlükəsizliyi üçün əvəzsiz müttəfiq kimi dəyərləndirir.

 

TB3 pilotsuz döyüş aparatının TCG Anadolu gəmisindən uğurlu uçuşu, Türkiyənin hərbi texnologiyada əldə etdiyi nailiyyətlərin simvolu kimi təqdim edilir. Financial Times və digər nüfuzlu nəşrlər Türkiyənin Avropa müdafiəsindəki strateji rolunu xüsusi qeyd edirlər.

 

NATO-nun yeni baş katibi Mark Rutte, Prezident Ərdoğanı “inanılmaz lider” kimi dəyərləndirib. Eyni zamanda, İsrailin Türkiyənin artan regional gücündən narahat olduğu bildirilir.

 

The New York Times isə Türkiyənin Ukrayna-Rusiya siyasətini “ağıllı tərəfsizlik” adlandırıb. Türkiyənin Avropa İttifaqının müdafiə toplantılarına dəvət olunması bu əməkdaşlığın daha da gücləndiyini göstərir.

 

Haber Global 

Ayan Əsgərova