Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:09 23.05.2025

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat, sosial fondlara ayırmalar isə 550 min manat təşkil edib.

 

"İnformator.az"  APA-ya istinadla xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında qeyd olunub.

 

Qeyd edək ki, əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40%, sosial fondlara ayırmalar isə 35.1% artıb.