Slot, Alexander-Arnoldun Real Madridə gedəcəyinə açıq işarə verir

Tarix: 21:24 23.05.2025
Liverpool meneceri Arne Slot, Trent Alexander-Arnoldun Real Madridə keçəcəyinə dair ilk böyük ipucunu verib və mövsümöncəsi məşqlərdə onunla apardığı söhbətlərdən danışıb.
Cümə günü mövsümün son oyunu öncəsi danışan Slot, “o, istənilən halda gedəcək, niyə bunu deməyək?”- deyərək söhbətləri bölüşməkdə problem görmədiyini bildirib.
“Bu, Xabi Alonsonun ala biləcəyi ilk hədiyyədir”, — deyə o, gülümsəyərək, Madridin keçmiş Leverkuzen baş məşqçisini Ançelottinin əvəzinə təyin etməsinə eyham vurub.
Alexander-Arnold bu ay 20 illik Liverpool karyerasından sonra mövsüm sonunda azad agent kimi ayrılacağını açıqlayıb. Madridə keçidi hələ rəsmi elan edilməsə də, geniş şəkildə xəbər verilib.
Slot, onunla hələ də mütəmadi danışdığını və mövsümöncəsi “tez-tez mənim ofisimdə olduğunu”- qeyd edib.
“Məşqdə hər dəqiqəsindən razı deyildim”, — deyə Slot bildirib. “Bəzi anlarda daha çox şey edə bilərdi”.
“Ona dedim: ‘Sən daha yaxşı müdafiəçisən, amma bunu hər zaman göstərmirsən’”.
“Diqqətini cəmləsə, onu keçmək çətindir — sürətli, çevik və əla mentalitetə sahibdir. Amma bunu daim göstərmək lazımdır, çünki insanlar əsasən zəif oyunlara baxır”.
Slot, bazar günü Enfilddə Crystal Palace ilə oyunda ona neçə dəqiqə şans verəcəyinə hələ qərar vermədiyini bildirib. Oyundan sonra komanda Premyer Liqa kubokunu qaldıracaq, Yurgen Kloppun da iştirak edəcəyi gözlənilir.
Apnews
Xəlilli Nigar