Ərzincanda “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində konfrans keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 15:16 24.05.2025

Türkiyənin Ərzincan şəhərindəki Binəli Yıldırım Universitetində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Üçüncü Sektor” İctimai Birliyi və Türk İnternet Media Birliyinin təşkilatçılığı və ilə “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində geniş tədbir keçirilib.

 

“İnformator.az” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin açılışında çıxış edən Türk İnternet Media Birliyinin (TİMBİR) Şərqi Anadolu bölgə rəhbəri Selçuk Özdemir çıxışında layihənin əhəmiyyətindən bəhs edib.

 

Daha sonra layihə rəhbəri, Qarabağ müharibəsi qazisi, “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı tədbir iştirakçılarına layihə ilə bağlı geniş məlumat verib.


Tədbirdə Ərzincan Binəli Yıldırım Universitetinin rektor müavini professor, doktor Çağrı Çırak, Ərzincan valisinin müavini Ömər Özbəy, TİMBİR sədri Süleyman Basa və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər rəsmi çıxışlarla fikirlərini bildiriblər.


Daha sonra Türkiyənin “Merhaba” qəzetinin baş redaktoru, Balıkəsir Jurnalistlər Cəmiyyətinin sədri Semra Akyürekin moderatorluğu ilə “Qərbi Azərbaycana qayıdış” layihəsinə həsr olunmuş panel müzakirələrinə start verilib.


Paneldə Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir, Birlik Xəbər Agentliyinin (BHA) direktoru Muhammet Kaçar, “Star” qəzetinin köşə yazarı Cüneyd Altıparmak və Adıyaman Universitetinin professoru, doktor Şehrebanu Allahverdi Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın üzləşdiyi humanitar problemlər, tarixi haqlar və onların doğma yurdlarına dönüş imkanları barədə fikir və təkliflərini bölüşüblər.


Tədbirin sonunda çıxışçılara plaket təqdim olunub.