Rusiya hücum taktikasını dəyişib: kiçik qruplar şəklində...

Tarix: 19:30 24.05.2025
Ukraynanın cənubunda rus işğalçıları yay hücumu üçün müəyyən sayda qüvvə və vasitə toplayıblar. Bu hücum kiçik hücum qrupları vasitəsilə həyata keçiriləcək.
"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin deyib.
Onun sözlərinə görə, indi Rusiya ordusu fərqli şəkildə hərəkət edir – çoxsaylı uğursuzluqlardan sonra piyada bölmələrinin kiçik qrupları ilə hərəkət etmə taktikasına keçib:
“O (düşmən – red.) belə hərəkət edir. Bizim səngərimiz, möhkəmləndirilmiş mövqeyimiz, postumuz var. Ora onun silahlanmasında olan bütün vasitələrlə – idarəolunan aviasiya bombaları, artilleriya, idarəolunan raketlər, FPV dronları, radioelektron mübarizə vasitələri ilə zərbələr endirilir. O, bu mövqeyə təsir göstərir”.