Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir

Bölmə: Dünya › ,
Tarix: 16:09 24.05.2025

Rusiyanın iki hərbi təyyarəsi Finlandiya hava məkanını pozmaqda şübhəli bilinir.


“İnformator.az” xəbər verir ki, bu barədə “Yle Novosti” Finlandiya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.


Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib ki, Finlandiya rəsmiləri insidenti ciddiyə alır. Finlandiya Körfəzi Sərhəd Mühafizəsi “X” sosial şəbəkəsində hadisə ilə bağlı ilkin araşdırmaya başladığını açıqlayıb.


Qeyd edək ki, iddia edilən hadisə mayın 23-də gün ərzində Porvoo ərazisində baş verib.