Rusiya 14 raket və yüzlərlə PUA ilə hücum edib - Lemmi

Bölmə: Dünya › ,
Tarix: 19:00 24.05.2025

Dünən gecə Rusiya 14 raket və yüzlərlə pilotsuz təyyarə ilə Ukraynaya hücum etdi. Bu, sülh istəyən ölkənin hərəkəti deyil.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Lemmi ötən gecə Kiyevin kütləvi atəşə tutulmasına münasibət bildirərkən deyib.


Qeyd edək ki, ötən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində bəzi yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.