Sumqayıtda kartdan 2600 manat oğurlanıb

Tarix: 15:28 24.05.2025
Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.
“İnformator.az” DİN-ə istinadən xəbər verir ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.