Çinin qərarı Seulu narahat edib

Bölmə: Dünya › ,
Tarix: 20:14 24.05.2025

Cənubi Koreya, Çinlə bu iki ölkənin eksklüziv iqtisadi zonalarının (EEZ) kəsişdiyi Sarı dənizdə gəmilərin keçidini qadağan edən Çinin birtərəfli qərarı ilə bağlı narahatlığını ifadə edib.

 

Bu barədə məlumatı Yonhap agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yayıb. Mediada yayılan xəbərlərə görə, Çin hakimiyyəti mayın 27-də yerli vaxtla saat 08:00-dan 20:00-a qədər gəmi hərəkətini qadağan edəcəyini elan edib. Bu qərar, “keçid tədbirləri zonası” adlandırılan ərazidə tətbiq olunacaq. Bu tədbirlər, Çin və Cənubi Koreyanın 2000-ci ildə yekun iqtisadi zona sərhədlərindən müvəqqəti imtina edərək birgə istifadə etmək barədə razılaşdığı sulara aiddir. Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib: “Əvvəllər razılaşdırılmış "keçid tədbirləri zonası" daxilində keçid qadağası zonası təyin edilməsi, naviqasiya azadlığına əlavə məhdudiyyətlər yaratdığı üçün narahatedicidir". Seul hakimiyyəti artıq Pekinə diplomatik kanallar vasitəsilə etirazını bildirib. Eyni zamanda, Çin tərəfinin beynəlxalq dəniz hüququnu pozub-pozmadığını öyrənmək niyyətindədir. Qeyd edək ki, bu zonada əvvəllər də gərginliklər yaşanıb.

 

Caliber
Billurə Quliyeva