Ərdoğan Dolmabahçedə Suriya lideri Şara ilə görüşüb

Tarix: 21:41 24.05.2025
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Dolmabahçe ofisində Suriyanın keçid dövrü prezidenti Əhməd Şara ilə təxminən 1,5 saat davam edən görüş keçirib. Bağlı qapılar arxasında keçirilən görüşdə Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər, MİT sədri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik müşaviri Akif Çağatay Kılıç eləcə də bəzi digər rəsmilər iştirak ediblər. Prezident Ərdoğan Türkiyənin sanksiyaların ləğvini alqışladığını, Suriyanın ərazi bütövlüyünün qorunmasının, ölkə və ordunun vahid mərkəzdən idarə olunmasının vacib olduğunu bildirib.
Görüş zamanı Ərdoğan İsrailin Suriya ərazisindəki işğal və təcavüzünün qəbuledilməz olduğunu və Türkiyənin buna qarşı çıxmağa davam edəcəyini bildirib. Bundan əlavə, Ərdoğanın Türkiyə ilə Suriya arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın bütün sahələrdə, xüsusilə enerji, müdafiə və nəqliyyat sahələrində inkişaf etməyə davam edəcəyini bildirib.
Suriya prezidenti Şara sanksiyaların aradan qaldırılmasında göstərdiyi dəstəyə və səylərinə görə prezident Ərdoğana təşəkkür edib.
BBC NEWS
Səmayə Səftərova