"Real Madrid" azarkeşləri əfsanəsi ilə belə vidalaşıb

Bölmə: İdman › ,
Tarix: 23:20 24.05.2025

“Real Madrid”in əfsanəvi yarımmüdafiəçisi Luka Modriç klubla rəsmi şəkildə vidalaşıb.

 

"İnformator.az" xəbər verir ki, illərlə “Kral klubu”nun formasını geyinən xorvatiyalı ulduzun ayrılığı futbolsevərlərdə və azarkeşlərdə dərin təəssürat yaradıb.

 

Vidalaşma mərasimi zamanı çəkilən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Modriçin göz yaşlarını saxlaya bilmədiyi, komanda yoldaşları və klub əməkdaşları ilə qucaqlaşdığı anlar emosional anlar yaşadıb.