Tramp Rusiyanı oğurluqda ittiham edib

Tarix: 00:41 25.05.2025
ABŞ Prezidenti Donald Tramp Vest Point Hərbi Akademiyasında keçirilən mərasimdə ölkəsinin böyük həcmdə hipersəs raketləri istehsal etməyə başladığını bildirib.
“İnformator.az” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Trampın sözlərinə görə, Birləşmiş Ştatlar bu cür silahları çoxdan hazırlayıb.
O həmçinin qeyd edib ki, ABŞ-nin hipersəs raketləri üçün texnologiyaları Barak Obamanın prezidentliyi dövründə oğurlanıb.
"Biz onun tərtibatçısı idik. O Obama administrasiyası zamanı oğurlanıb.
Onu oğurlayıblar. Bunu kimin etdiyini bilirsinizmi? Bunu ruslar oğurlayıblar", - deyə Tramp bəyan edib.