Tokioda inşaat kranı səkiyə çıxıb: Yaralananlar var

Bölmə: Dünya › ,
Tarix: 22:38 24.05.2025

Tokioda inşaat kranının səkiyə çıxması nəticəsində 4 nəfər xəsarət alıb.

"İnformator.az" xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Katsuşika ərazisində ikizolaqlı yolda baş verib.

Nəticədə, velosiped sürən məktəbli, onun atası və dörd yaşlı oğlu ilə bir qadın xəsarət alıblar. Onların hamısı ayaqlarında, qollarında və boyunlarında sıyrıqlarla xəstəxanaya yerləşdiriliblər.

Polisin hadisə yerində 60 yaşlı kran sürücüsünü həbs etdiyi bildirilir. O, avtomobili ehtiyatsız idarə edərək insanlara xəsarət yetirməkdə şübhəli bilinir. Dindirilmə zamanı o, günahını etiraf edib.