Mikayıl Cabbarov: Pakistanla iqtisadi əməkdaşlıq müzakirə olunub

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:48 26.05.2025

Azərbaycan Pakistan ilə investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivlərini müzakirə edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.


"Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşməkdən məmnun olduq. İkitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, Preferensial Ticarət Sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.