Bakıda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:58 29.05.2025

Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 8 milyard 483,3 milyon manat olub.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 4,6 % çoxdur.

 

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-mart ayları ilə ilə müqayisədə 0,2 % artaraq 4 milyard 782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6 % artaraq 3 milyard 701 milyon manata bərabər olub.

 

İstehlak məhsullarının 37,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.