“Neftçi”nin hücumçusuna ağır cəza

Bölmə: İdman › ,
Tarix: 13:33 27.05.2025

AFFA İntizam Komitəsi Əvəzedicilər liqasənda çıxış edən “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanskini dörd oyunluq cəzalandırıb.

 

“İnformator.az” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hücumçunun XXXVI turda "Sabah-2" ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.


“Ağ-qaralar”a 300 manat cərimə kəsilib.

 

“Sabah-2”nin analitiki Cəbrayıl Qəmbərov da dörd oyunluq cəza ilə üzləşib. O, matç zamanı meydana kənar əşya atdığı üçün birbaşa qırmızı vərəqə almışdı. Klub onun hərəkəti ucbatından 350 manat ödəməli olacaq.